Gənc müəllimlərə karyera imkanlarının artırılması yolları öyrədildi

976

“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt gənclərinin İnternet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. May ayının 14-də Sumqayıt şəhərində fəaliyyət göstərən, Sumqayıt şəhər Gənc Müəllimlər Şurasının sədri Şəfa Rzayevanın təşkil etdiyi Gənc Müəllimlər Şurası İdarə heyəti, üzvləri, məzun tələbələr və YAP-nın Gənclər Təşkilatının  üzvləri üçün  növbəti təlim Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında həyata keçirildi.. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, “Ferhadov Studio” MMC-nin direktoru Fərhadov Fərid və Fərdi İnkişaf və Karyera mərkəzinin direktoru  Eyvaz Qocayev aparırdı. Təlimdə 17 nəfər müəllim  və 2 nəfər məzun tələbə və 1 nəfər YAP-ın Gənclər Təşkilatının  üzvü iştirak edirdi. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat:  gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu.  Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimdə iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi.  Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və Veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının işçisi Ramal Sabirli və Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının  kadr seçimi üzrə  eksperti Sevinc Sabirli də ekspert qismində iştirak edirdi.  Onlar hər biri ,  ilk öncə   Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə belə maraqlı bir layihənin keçirilməsini dəstəklədi üçün öz minnətdarlığını bildirdi. Təlimin gedişini, istifadə edilən metodları çox bəyəndiyini və təlimi aparan  peşəkar təlimçilərə öz minnətdarlığını bildirdi. Onu bu təlimə dəvət etdiyi üçün Birliyin rəhbəri Ramil Süleymanova da öz təşəkkürünü bildirdi. Ramal Sabirli və Sevinc Sabirli , iştirakçılara əsasən Dövlət Qulluğu Komisayının Dövlət Qrumlarına işə qəbul zamanı internetdə necə iş tapmaq olar, Dövlət müəssisələrində iş görüşməsi zamanı daha çox verilən suallar, bu suallara necə cavab verməli və sairə mövzularda iştirakçılara maraqlı məlumatlar vermiş oldu. Təlimin sonunda Gənc Müəllimlər Şurasının sədri Şəfa Rzayeva bu təlimi məhz onların qrupları üçün də təşkil etdikləri üçün, tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edildi.    Ramil Süleymanov sonda təlim iştirakçılarına məlumat verdi ki,  Bizim həyata keçirdiyimiz bu təlimin önəmli tərflərindən biri  də bu təlimin ilk mərhələsində iştirak edən, 2 ali məktəb məzununun təlimdə aıldıqları biliklər sayəsində özlərinə yaxşı iş tapdıqlarını da bildirdi.  O, bildirdi ki, bizim Sizlərlə təlimiz bununla bitmir. Təlimdən sonra istənilən təlim iştirakçısı bizə Karyera ilə bağlı onu düşündürən istənilən sualı verə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər