“GetContact”dan nömrəni necə silmək olar? – Çıxış yolu

395

Bir müddət Azərbaycanda da  məşhur olan və daha sonra girişinə qadağa qoyulan “GetContact” proqramından öz nömrənizi silmək üçün bir yol mümkündür.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, bu proqram “ağıllı” telefonların “Kontaktlar” siyahısından bütün nömrələri öz sisteminə daxil edə bilər.

Əgər siz proqramdan qeydiyyatdan keçmisinizsə, lakin nömrənizin orada olmağını istəmirsinizsə, bunun üçün “GetContact Unlist” bölməsinə keçmək lazımdır.

Qarşınıza çıxan səhifədə nömrənizi yazıb təsdiq etməlisniz. “Unlist” düyməsini sıxdıqdan sonra nömrəniz digər insanlar tərəfindən görünməyəcək.

Hesabınızı proqramdan birdəfəlik silmək üçün isə aşağıdakı ardıcıllığa riayə etmək lazımdır:

Ayarlar – Haqqında – Hesab məlumatları – Hesabı sil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər