“Güclü külək bizə mane oldu” – “Sumqayıt”ın müdafiəçisi

436

Topaz Premyer Liqasının 20-ci turunda “Neftçi” 2:1 hesabı ilə “Sumqayıt”a qalib gəlib.

“Sumqayıtı”ın müdafiəçisi Adil Nağıyev “Yeni Sabah”a açıqlamasında oyunun çətin keçdiyini deyib:

“Qazanmaq istəyirdik, amma qələbəni son dəqiqələrdə əldən verdik.  Yaxşı hazırlaşmağımıza baxmayaraq alınmadı. 1-ci hissədə oyunumuzu göstərə bilmədik. 2-ci hissədə isə güclü külək var idi, bu da bizə mane olurdu. Lakin hakim oyuna öz qərarlarıyla damğa vurdu. Həqiqətən də, biabırçılıq idi“.

A.Nağıyev  “Ehtiram Şahverdiyə qarşı olan qayda pozuntusunda hakim penalti verməli idi?”  sualını belə cavablandırıb:

“Ehtiramın epizodunda penalti verə bilərdi, amma etmədi.  Bunu hakimlər daha yaxşı bilir”.

Futbolçu kubokun onlar üçün yaxşı şans olduğunu və bunu dəyərləndirəcəklərini deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər