Gümrah və sağlam olmağın 25 SİRRİ

1263

Günə fəal başlamaq, pozitiv olmaq keçirəcəyimiz bütün günə, iş fəaliyyətimizə, hətta insanlarla münasibətimizə təsir edir. Lakin çox zaman buna nail ola bilmirik. Bunun sirri isə insanın özünü gümrah hiss etməyindədir. Tənbəllik etməyin, xırda işlərə baş qoşmağa ərinməyin. Kiçik bir addım bütün əhvalınızı dəyişə bilər.

1. Makaron qida dəyəri çox yüksək olan bir yeməkdir, amma diqqət edin. Makaron insulin müqaviməti olanları kökəldə bilər. Tam buğda olanlara üstünlük verin.

2. Metabolizmanı sürətləndirən yeganə vasitə idmandır.

3. Pəhriz gündəliyi olanların arıqlamağı daha müvəffəqiyyətli olur.

4. Sevgilisi olanlar, aşiq olanlar arıqlamaqda daha çox uğur əldə edir. Əlbəttə ki, sevgi də qədərində olmalıdır.

5. Davamlı pəhriz saxlayanların arıqlaması daha çətindir, fasilə vermək, üzmək yaxşı nəticə verər.

6. Davamlı arıqlayıb-kökələnlər bir müddət sonra çəkilərini azalda bilmirlər. Yolun başındaykən doğru yolu seçin.

7. Avtomobil istifadə edənlər daha yavaş çəki azaldır.

8. Dərmanlarla arıqlamaq hələ müzakirə edilməkdədir. Yan təsirləri səbəbindən uzunmüddətli istifadələri tövsiyə edilmir. Qısamüddətli istifadə isə nəticə vermir. Yəni, dərmanlardan uzaq durun.

9. Bu terminlərdən qaçın. Apteklər və ya məhsullar üzərində  “tez, asan, zəmanət, möcüzə, yeni kəşf” yazıldığını gördükdə oradan qaçın. Bunlar yalnız sizi aldatmaq üçün istifadə edilən təhlükəli sınaqlar ola bilər.

10. Avokado meyvə və ya tərəvəz deyil, yağ qrupuna aid qidadır.

11. Süd tozu və kremlərin pis xolesterolu yüksəkdir.

12. Qəhvə kimi içdiyiniz bol sulu və şəkərli içkilər 1 dilim keksdən daha kalorilidir.

13. Vitamin və mineral həbləri kifayət qədər olmayan qidalanmanı tamamlamır. Kifayət qədər və nizamlı qidalanmanı yalnız ehtiyacınız olan qidalarla tamamlaya bilərsiniz.

14. Hər qəhvəyi çörək kəpəkli çörək demək deyil. Üzərində “kəpəkli buğda unu”, “tam buğda unundan” və ya “tam çovdar unundan” kimi sözlər yazıldığı halda bu, doğru ola bilər.

15. Bir qabıqlı almada 3 qram lif, alma şirəsində isə 0.2 qram lif var.

16. Qəbizlik şikayətiniz varsa, demək, kifayət qədər lif qəbul etmirsiniz.

17. Quru paxlanı suda saxladıqdan sonra bişirdikdə vitamin itkisi baş vermir. Lakin qaynatdığınız suyu töksəniz, vitamin itkisi olar.

18. Sarımsağın təsirini artırmaq üçün kəsərək və ya əzərək istifadə edin.

19. Kafein idman nəticəsində yaranan əzələ ağrılarının qarşısını alır. Araşdırmalara görə,  nizamlı qəhvə əzələ və beyin arasında ağrı siqnalını blok edir.

20. Kalsium yağ yandırmasını artırır. Hər gün yağsız süd, qatıq, pendir yeyənlər daha asan arıqlayır.

21. Şokolad ürəyi, damarları qoruyur, xoşbəxtlik verir, sakitləşdirir. Lakin acı şokoladda bu funksiyalar daha çox olur. Şokoladın yağ və şəkər nisbəti artdıqca zərərləri də çoxalır.

22. 3 həftə ərzində aşağı qlisemik yüklü qidalar yemək dərini gözəlləşdirir.

23. Maddələr mübadiləsini sürətləndirmək üçün nahar edin, qəhvə daxili olmaqla 10 stəkan su iç, zülal ye, yaşıl çay iç, süd, qatıq, acı bibər yeyin.

24. Menstruasiya dövründə maddələr mübadiləsi yavaşlayır. Ona görə də dəmirlə zəngin qidalar yeyin, məşq et, balıq yağı istifadə edin, spirtli içkidən uzaq olun.

25. Metabolizmanı sürətləndirmək üçün hər şey edin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər