Hər gün Bakıya gedən Sumqayıtlılara ŞAD XƏBƏR – İyun ayına kimi…

5846

Əvvəllər Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilib. Hazırda isə bu rəqəm xeyli artıb”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Son zamanlar bir sıra sənaye məhəllələri və parkları açılıb deyə Bakı-Sumqayıt yolu ilə hərəkət edən avtomobillərin sayı kəskin artıb. Hesablamalarımıza görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna (iyuna) qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük”, – o bildirib.

***

S.Məmmədov həmçinin əlavə edib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər km-i 778 min manata başa gəlməlidir: “Bununla belə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər. Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğinə üzərinə əlavə olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər