Hərbi xidmətə çağırışla bağlı mühüm YENİLİK

2615

Azərbaycanda hərbi xidmətə çağırışda yeni texnologiya tətbiq olunacaq

Azərbaycanda hərbi xidmətə çağırış sistemində yeni texnologiyanın tətbiqi planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən üzərində iş aparılan layihə reallaşdıqdan sonra çağırışçılara düşdükləri hərbi hissələr barədə məlumatlar SMS vasitəsi ilə veriləcək. SMS bildirişlər çağırışçının və ya onun valideyninin mobil telefonuna göndəriləcək.

 Müvafiq layihə hökumət tərəfindən dəstəklənir.

Bununla yanaşı, çağırışçılar Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin internet saytında yaradılan bölmədən də öz xidmət yerlərini müəyyənləşdirə biləcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər