Həyat yoldaşının sumqayıtlı qohumuna təcavüz etməkdə təqsirləndirilən şəxsin məhkəmə iclası başlayıb

1135

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşının qohumuna təcavüz etməkdə təqsirləndirilən Məftun Bayramovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Open.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, Baş Prokuroluğun yaydığı məlumata əsasən, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü M.Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Daha sonra M.Bayramov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi M.Bayramovun barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib. Hər iki tərəf M.Bayramovun cəzasının ağırlaşdırılmasını istəyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər