Həyat yoldaşının xəstəliyi Sumqayıt sakinini intihara vadar etdi

826

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 1-ci mikrorayon ərazisində yaşayan 54 yaşlı Mübariz Bəhrami özünü asıb. Mərhumun meyiti kəndirlə asılmış vəziyyətdə yaşadığı mənzilin eyvanında aşkar edilib. Müstəntiq Fərman Abdullayevin Milli.Az-a verdiyi məlumata görə, M.Bəhrami ölümündən əvvəl qızına zəng edərək bu barədə xəbərdar edib, o da atasının intihar etməsi barədə polisə məlumat verib. M.Bəhraminin ölümünün səbəbləri məlum olmasa da, onun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Mərhumun ölümünə də bu versiya səbəb kimi göstərilir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Anar Məmmədov Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər