Heykəlin dəyişilən ünvanı - REAL TV

454
N.Gəncəvinin heykəli kinoteatrın qarşısında ucaldıldı

Bir neçə gündür ki, sosial şəbəkələrdə Sumqayıtda dahi azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin sökülməsi ilə bağlı fotolar paylaşılır, xəbərlər dərc olunur.

Sumqayıtda şəhər bazarının yaxınlığında yerləşən heykəl artıq yerindən götürülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məsələyə aydınlıq gətirdi.

REAL-a açıqlamasında o, bildirdi ki, heykəl dağıdılmayıb, sadəcə yeri dəyişdirilir.

Bir sözlə, şairin heykəli adına layiq yerə köçürülür.

“Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş “Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, – deyə E.Qocayev deyib.

Beləliklə bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər