Hicran Hüseynova şəhid ailələri və müharibə veteranları ilə görüşüb - FOTO

1152

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhərində şəhid ailələri, müharibə veteranları ilə növbəti görüşü keçirilib.

Hicran Hüseynova seçicilərə xoş sözlərinə və dəstəklərinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, təmsil etdiyi Yeni Azərbaycan Partiyası və onun rəhbəri, cənab Prezident İlham Əliyevə xalqın inamı sonsuzdur. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkə başçısı tərəfindən keçirilən iqtisadi və  sosial islahatlar  hər bir ailəni, əsasən də qadın və uşaqları, xüsusi risk qrupuna daxil olan vətəndaşları, o cümlədən qaçqın və məcburi kökçünləri əhatə edir. Bütün bunlar əlbəttə ki, xalqımız tərəfindən xüsusi  rəğbətlə qarşılanır. H.Hüseynova seçicilərə müraciət edərək, bildirib ki, hər birinizin vəkili olmağımı özüm üçün böyük şərəf  və qürur sayacaq, əgər mənə etimad göstərib, səs verərsinizsə, qarşıdakı beş il ərzində sizlərlə daim birlikdə olacağam.

Görüşdə vətəndaşların təklif və müraciətlər dinlənilib, müvafiq tədbirlərin görülməsi məqsədilə qeydiyyata alınıb. Vətəndaşlar tərəfindən, həmçinin Hicran Hüseynovaya  uşaqların internet və qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı millət vəkili kimi hansı addımlar atacağı barəsində suallar verilib.

Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini nümayiş etdirməyə səsləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər