“Huawei” telefonlarının sahibləri “Android” və “Google”dan istifadə edə bilməyəcəklər

380

“Google” şirkətinin nümayəndəsi “Huawei” telekomunikasiya şirkəti ilə əməkdaşlığın dayandırılmasını şərh edib.

Onun sözlərinə görə, “Huawei” telefonlarını artıq almış insanlar “Google Play” və “Google Play Protect” tətbiqlərindən istifadəni davam etdirə biləcəklər.

***

04:35

Amerikanın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə bizness-əlaqəni dayandırır.

Reuters xəbər verir ki, Çin şirkəti ABŞ sanksiyaları altına düşdüyündən onun “Google” texnologiyalarına çıxışı məhdudlaşdırılır.

Bu o deməkdi ki, “Huawei” qadjetləri “Android” sisteminin yenilənməsini almayacaqlar. Bundan əlavə, “Huawei” istifadəçiləri “Google”, “Google Play” və “Gmail” kimi proqramlara çıxışını itirəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə “Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər