Hüquq müdafiəçisi Sumqayıt şəhər Polis İdarəsində monitorinq keçirib

1036

İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov Sumqayıt şəhər Polis İdarəsinin və Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçirib. E. Behbudovun APA-ya verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsində 33 nəfər saxlanılır: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Sumqayıt şəhər Polis İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatıb. “Eurovision” mahnı yarışmasından sonra binanın açılış mərasimi keçiriləcək”.

E. Behbudov Xızı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqəsində isə 4 nəfərin saxlandığını, onların hər hansı şikayətlərinin olmadığını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər