İbrahim Kalın: “Ərdoğan Putinə də çatdırdı, biz Azərbaycanın yanındayıq”

1221

“Təhdid haradan gəlir-gəlsin, Türkiyə sonuna qədər Azərbaycanın yanında olmaqda davam edəcək”.

“HaberGlobal”ın məlumatına görə, bu sözləri Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib.

Ermənistanla Azərbaycan arasında gərginliklə bağlı suala cavab verən İ.Kalın Türkiyənin Azərbaycanı dəstəklədiyini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə təmaslarında da bunun vurğulandığını qeyd edib.

“1992-ci ildən davam edən bir münaqişə var. Bunun təməlində isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanır. Burada işğalçı olan Ermənistandır. ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk Qrupu adlı struktur var. Bu günə qədər həll yolu tapa bilməyib. Hər birinin siyasi hesabları var. Ermənistan-Azərbaycan sərhədində baş verənlər təhlükəlidir. Prezidentimizin yanaşması “biz Azərbaycanın yanındayıq”dan ibarətdir. Cənab Putinə də bunu açıq şəkildə çatdırdı. Orada “Azərbaycanın mülki hədəflərini vurarıq” açıqlamasını edən də Ermənistan tərəfidir. Hərbi təlim keçirən Rusiyadır. Bizim də Azərbaycanla təlimlərimiz olacaq”, – deyə, İ.Kalın bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər