İcra başçısı səyyar qəbul keçirdi – FOTO

2145

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü keçirib.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Sumqayıt şəhər bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, şəhərdə həyata keçirilən abadlıq, yenidənqurma və quruculuq işlərindən danışıb. Şəhər rəhbəri bildirib ki, yerlərdə keçirilən bu cür səyyar qəbullar əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
Şəhərin 9-cu mikrorayon ərazisində keçirilən səyyar qəbul-görüşdə sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər