İcra başçısının müavini: “Sumqayıtda tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün xüsusi qərargah yaradılıb”

344
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkə ərazisində olduğu kimi, Sumqayıt şəhərində də əhalinin profilaktik müayinəsinə başlanılıb. Xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etmək məqsədi daşıyan müayinə üçün şəhər səhiyyə müəssisələri tam hazır vəziyyətdədir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova AZƏRTAC-a bildirib ki, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün xüsusi qərargah yaradılıb, qrafik tərtib olunub. Həmçinin peşəkar həkimlərdən ibarət həkim briqadaları təşkil edilib. Əhali 10 poliklinika və 12 stasionar klinikada müayinədən keçirilir. Profilaktik tibbi müayinələrin aparıldığı müəssisələr lazımi ləvazimatlarla təmin olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər