İkili diplom proqramı təsis edilir – Təhsil haqqını dövlət ödəyəcək

419

Azərbaycanda ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələrin təhsil haqqı dövlət hesabına ödəniləcək.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda təqdimatında deyib.

Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb. İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına başa gələcək.

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib.

Nicat Məmmədli qeyd edib ki, bu il də proqram üzrə təhsil alacaq şəxslərin təhsil haqlarını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər