İlham Əliyev sumqayıtlı ağır atletə mənzil hədiyyə etdi – FOTO

1608

Xəbər verdiyimiz kimi, ötən gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Mükafatçılar arasında tanınmış sumqayıtlı ağır atlet Elxan Süleymanov da var.

45 yaşlı Elxan Süleymanov Avropa çempionatının ikiqat qalibi, bir dəfə də Avropa kubokunun sahibi olub. Sidney və Afina olimpiadalarında yığmamızın şərəfini qoruyub. Afina olimpiadasında çiynindən aldığı zədə onun karyerasına 18 illik karyerasına son qoyub.

Ağır atletika üzrə beynəlxalq hakimdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər