İlham Əliyevdən yaşlı məmurlara mesaj: “Gənc nəslə yol vermək lazımdır”

272

“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.
Bunu prezident İlham Əliyev baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.

Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: “ Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: “Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Zakir
    Oktyabr 22, 2019 - 00:36

    Ramiz Mehdiyevi niye göndermir pensiyaya?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər