Ilin ən mühüm hadisələri – RƏSMI XRONİKA

1186

2012-ci ilin son gününü yaşamaqdayıq. Hər il sona çatdıqda həmin ilin hadisələri, nəticələri xatırlanır, nəyin pozitiv, nəyin neqativ olduğu təhlil edilərək, müəyyənləşdirilir. Bütün bu təhlillər növbəti ilin “marşrut”unu da müəyyən etməyə imkan verir: Biz yolun hansı hissəsindəyik və bu mərhələdən sonra necə, hansı sürət və vasitələrlə davam etmək lazımdır?

Şübhəsiz, qeyd etmək olar ki, 2012-ci il Azərbaycan üçün olduqca yaddaqalan, mühüm uğurlarla zəngin olan il kimi tarixə keçir. Bu fikiri arqumentləşdirmək üçün bir çox hadisə, nailiyyət və rəqəmlərin üzərində dayanmaq olar. Ancaq biz ən mühümlərin üzərində işləyəcəyik. Beləliklə, gəlin ilin mühüm hadisələrini xronoloji ardıcılıqla xatırlayaq.

 

 23 yanvar, Soçi

Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə Soçidə təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması.

Prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır.

Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Miller imzalamışlar.

 

 

23 yanvar, Soçi

“Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi.

Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul olunmuşdur.

 

 

25 yanvar, Sürix,

Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdə oldu. Prezident Davos şəhərində bir sıra dövlət başçıları, iş adamları ilə görüşlər keçirmişdir.

Yanvarın 28-də isə Davosda “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı – 2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi” mövzusunda lanç əsnasında panel keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir

Azərbaycan Prezidenti yenə bu forum çərçivəsində  “Avrasiyanın gələcəyi” sessiyasında iştirak etmişdir.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.

Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etmiş, ölkəmizin, onun müxtəlif sahələrdə əldə etdiyi inkişaf tempi və Azərbaycan iqtisadiyyatının yerləşdiyi region və Avropa məkanı üçün oynadığı starateji rol barədə məlumat vermişdir.

Qeyd edək ki, Davosda Azərbaycana həsr olunan interaktiv sessiya da keçirilmişdir.

 

 15 fevral, Brüssel

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.

Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür etdi.Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə görə NATO-nun baş katibinə minnətdarlıq etdi.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaqdır.

Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söylədi.

Dövlətimizin başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirdi.

 

28 fevral, Bakı

Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

 

 26 mart, Seul

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak etmiş, eyni zamanda tədbirdə çıxış etmişdir.

Qeyd edək ki, nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunmuşdur.

Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir.

 

3 Aprel, Bakı

Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev də açılış mərasimində iştirak etmişdir.

 

 

 

5 Aprel, Praqa

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyada dövlət səfərində olmuşdur. Bu, iki ölkə arasında ilk dövlət başçıları səviyyəsində ilk belə səfər idi.

 

 

19 Aprel, Bakı

“Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev də konfransın açılış mərasimində iştirak etmişdir.

Xatırladaq ki, müasir dövrdə dünyanı narahat edən problemlərdən olan ərzaq təhlükəsizliyi məsələsinin müzakirəsi üçün Bakıya dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndə gəlmişdi. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatların nümayəndələri konfransa müşahidəçi qismində dəvət olunmuşlar. Bu fakt bir daha konfransa olan marağı nümayiş etdirir.

Regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.

 

 

2 May, Nyu-York

Prezident İlham Əliyev Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün mayın 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlmişdir. Mayın 2-də Dövlətimizin başçısının sədrliyi ilə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmişdir.

İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılmışdır.

Ötən ilin oktyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə müstəqil olduğumuz 20 ildə xarici siyasətin ən böyük uğurlarından birini qazanmışdır. Bu məqsədlə keçirilən seçkilərdə 155 ölkənin səsini qazanaraq tarixi nailiyyətə imza atan ölkəmiz 2012-ci il yanvarın 1-dən Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlamışdır. ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Bu, həm də beynəlxalq birliyin Azərbaycanda yürüdülən siyasətə və Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü, dünya ictimaiyyətinin ölkəmizə olan inamı və etimadının ifadəsidir.

Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxışı da dinlənilmişdir.

 

 

7 May, Bakı

“Eurovision-2012”mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” istifadəyə verilmişdir.

Kompleksin açılışında Prezident İlham Əliyev də iştirak etmişdir

 

 

15 May, Moskva

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmişdir. İclasda MDB çərçivəsində inteqrasiya proseslərinin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

19 May, Çikaqo

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərdə olmuşdur. Prezident İlham Əliyev Çikaqoda dövlət və hökumət başçılarının Əfqanıstan üzrə görüşündə iştirak etmişdir.

NATO-nun sayca 25-ci sammiti 13 illik fasilədən sonra yenidən ABŞ-da keçirilmişdir. Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət strategiyası müzakirə olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə çıxış etmişdir. Dövlətimizin başçısı Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulamışdır. Azərbaycanın bu sahədə alyansın ən fəal üzvlərindən biri olduğunu deyən Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmiz Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə sülhyaratma missiyasını davam etdirir. Eyni zamanda, Azərbaycan əfqan hərbçilərinin müxtəlif sahələrdə hazırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir.

Prezident İlham Əliyev demişdir ki, Azərbaycan Əfqanıstana öz yardımını 2014-cü ilədək davam etdirəcək, lazım gəldikdə ondan sonra da əlindən gələni əsirgəməyəcəkdir.

 

27 May, Bakı

Şübhəsiz ki, ilin mühüm hadisələrindən biri Avropanın ən nüfuzlu mahnı müsabiqəsinə Bakının evsahibliyi etməsi idi. Mayın 27- də sona çatan bu möhtəşəm tədbirin öhdəsindən ölkəmiz uğurla gəldi.

Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev də “Eurovision-2012”mahnı müsabiqəsinin final mərhələsini izlədi.

 

5 İyun, Bakı

Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır. Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

 

26 İyun, İstanbul

 

Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərdə olmuşdur.

 

.

5 İyul, Bakı

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 

 

26 İyul,London

İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyiLondonşəhərində omuşdur .

 

3 Avqust,London

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə gəlmişdir.  London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.

Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlamışdır. Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxmışdır.

Yay Olimpiya Oyunları göstərdi ki, Azərbaycanda idman inkişaf edir. Olimpiadanın nəticələrinə görə, Azərbaycan 10 medal qazanaraq bütün iştirakçı ölkələr arasında 30-cu yeri tutdu. Bunu isə doğrudan da uğur saymaq olar. Müqayisə üçün deyək ki, Azərbaycan 2008-ci ilPekinolimpiadasında 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq ümumi siyahıda 40-cı yeri tutmuşdu. 2004-cü il Afina olimpiadasında 1 qızıl və 4 bürünc medalla 50-ci yeri tutmuşduq. 2000-ci ilSidneyolimpiadasını 2 qızıl və 1 bürünc medalla 34-cü, 1996-cı ilAtlantaolimpiadasını isə 1 gümüş medalla 61-ci yerdə başa vurmuşduq. Azərbaycan London olimpiadasında bütün Avropa ölkələri arasında 15-ci, postsovet ölkələri arasında isə 5-ci yeri tutdu.

 

 

 

11 Sentyabr, Qəbələ

Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilmişdir. Elə həmin gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

18 Sentyabr, Paris

Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilmişdir.

Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti vurğulandı, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilmişdir.

Prezident İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda da iştirak etmişdir.

Dövlətimizin başçısı eyni zamanda Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşmüşdür.

 

 

22 Sentyabr, Bakı

Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də iştirak etmişlər.

Beləliklə, bu tədbir də göstərdi ki, Azərbaycan dünya səviyyəli idman yarışınlarına da ev sahibliyi edir. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı baş tuturdu. Bu dünya çempionatı üçüncü dəfədir ki, keçirilirdi.

 

 4 Oktyabr, Bakı

 

Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişdilər.

Qeyd edək ki, Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan kimi xarakterizə olunurdu.

Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.

 

16 Oktyabr, Bakı

Azərbaycan həmin gün daha bir mötəbər tədbirə ev sahibliyi etmişdir: Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilmişdir.

Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunmuşlar.

 

 

6 noyabr, Bakı

Bakıda “BakuTel-2012”XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçirlmişdir. Prezident İlham Əliyev də sərginin açılış mərasimində iştriak etmişdir.

 

16 Noyabr, Bakı

Yeni Azərbaycan Partiyası yaranmasının 20 illiyini qeyd etmişdir. Bu münasibətlə Buta sarayında təntənəli mərasim təşkil edilmişdir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və xanımı Mehriban Əliyeva də mərasimdə iştirak etmişlər.

 

Hazırladı: Vüsal Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər