İmamoğlunun qələbəsi təsdiqləndi – Canlı yayım

994

CHP-nin İstanbul bələdiyyə rəhbərliyinə namizədi Əkrəm İmamoğlu protokolu almaq üçün İstanbul Çağlayan ədliyyəsinə çağırılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən xəbərinə görə, bu barədə partiyanın İstanbul üzrə nümayəndəsi Canan Kaftancıoğlu sosial şəbəkədə məlumat yayıb.

Hazırda CHP-li millət vəkilləri başda olmaqla minlərlə insan İmamoğlunu ədliyyə binasının qarşısında gözləyir.

Xatırladaq ki, Yüksək Seçki Qurumu (YSK) martın 31-də İstanbul bələdiyyəsinin rəhbərliyi uğrunda keçirilən seçkilərdə Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun 48,79 faiz səslə qalib gəldiyini açıqlamışdı. Cümhur İttifaqından olan namizəd Binəli Yıldırım isə 48,51 faiz səs toplamışdı.

Bundan sonra hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə saxtakarlıq və pozuntu hallarının baş verdiyini bildirərək səslərin yenidən sayılmasını tələb etmişdi. Sayımdan sonra  B.Yıldırımın lehinə 11 min 109 səs artmışdı. Bununla da Ə. İmamoğlu ilə aradakı səs fərqi 13 min 729 minə düşmüşdü.

***

Əkrəm İmamoğlu xanımı Dilək İmamoğlu ilə İstanbul ədliyyəsinə gəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər