İran vurdu, neft kəskin sıçrayıb 70 dolları keçdi 14 FAİZƏ YAXIN BAHALAŞMA

1042

İrandan dəstəklənən və silahlandırılan Yəmən şiə qruplaşmasının Səudiyyə Ərəbistanının neft emalı zavodlarına və neft yataqlarına həyata keçirdiyi hücumun nəticəsində dünya birjalarında neftin qiyməti gözlənildiyi kimi kəskin sıçrayışla artıb. Virtualaz.org xəbər verir ki, bu gün London birjası açılan kimi “Brent” markalı neftin qiyməti 14 faizə qədər artıb və 70 dolları keçib. Ötən həftə birjalar bağlananda “Brent” markalı neftin bir barreli 60 dollardan bir neçə sent yuxarı qərarlaşmışdı.

Son məlumatlara görə neftin bahalaşması davam etməkdədir və bazarda ciddi panika hökm sürür. Belə ki, husilərin həyata keçirdiyi dron hücumu nəticəsində Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı yarıdan çox (5.7 milyon barrel) azalıb, bəzi məlumatlara görə ümumiyyətlə dayanıb. “Saudi Aramco” şirkətinin gündə 7 milyon barrel neft emal edən zavodu sıradan  çıxıb.

Ötən həftə sonu ABŞ bazarda vəziyyəti sabitləşdirmək üçün özünün strateji neft ehtiyatlarını işə salacağını açıqlamışdı. Bununla belə neft bazarında panikanın tezliklə səngiyəcəyi ağlabatan görünmür.

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər