İrəvanı şoka salan SOÇİ RAZILAŞMASI: İlham Əliyev və Vladimir Putin qərara gəldi ki…

1135

“Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərini Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri ilə müqayisə etmək olduqca çətindir. Çünki Putin İrəvana baş nazir Nikol Paşinyanın dəvəti ilə yox, Avrasiya İqtisadi İttifaqının zirvəsində iştirak etmək üçün getmişdi. Onun məqsədi Paşinyanla müzakirə aparmaq deyildi”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Fikrət Sadıqov açıqlayıb.

Politoloqun sözlərinə görə, Putin Avrasiya İttifaqına daxil olan ölkələrin başçıları ilə görüşməli idi: “İlham Əliyev isə Putinin şəxsən dəvəti ilə “Valday” klubunun diskussiyasına qatılmaq üçün Soçiyə işgüzar səfər edib. “Valday” mühüm siyasi klubdur. Burada bir sıra məşhur ekspertlər, siyasətçilər, diplomatlar aktual, qlobal məsələlərin müzakirəsi ilə məşğuldurlar. Digər tərəfdən, Putin hesab edir ki, Azərbaycanın belə bir görüşdə iştirakı olduqca əhəmiyyətlidir. Həm ona görə ki, Azərbaycan regionda və dünyada aparıcı rol oynayır. Həm də Rusiya ilə Azərbaycan arasında strateji partnyorluq formatı formalaşıb. Bu format çərçivəsində bir sıra məsələlər müzakirə olunub, Azərbaycanın rolu yüksək qiymətləndirilib. Belə bir qərar qəbul edilmişdi ki, münasibətləri müxtəlif sahələri üzrə daha da inkişaf etdirmək lazımdır”.

Politoloq İlham Əliyevin “Valday” diskussiyasında iştirakının əhəmiyyəti və nitqində vurğuladığı Dağlıq Qarabağ məsələsinə də toxunub:

“Bizim dövlət başçımız “Valday” diskussiyasında çıxış edərək Azərbaycanın milli maraqlarına cavab verən bir sıra fikirləri dilə gətirdi. Xüsusilə, Dağlıq Qarabağla bağlı Nikol Paşinyana tutarlı, əsaslı cavab verdi. Paşinyan demişdi ki, “Qarabağ Ermənistanındır, nöqtə”. İlham Əliyev isə buna cavab olaraq forum iştirakçılarına əvvəlcə başa saldı ki, Azərbaycanın ərazi bütövlüyü danılmazdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu tarixi sənədlər də, hüquqi qətnamələr də təsdiq edir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, nida işarəsi. Qəti və prinsipial şəkildə bildirdi ki, Qarabağ Azərbaycana məxsusdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər