İri Çin şirkəti Apşerona 140 milyon dollar yatıracaq

300

Ötən gün fevralın 6-da Çinin paytaxtı  Pekində  Azərbaycanın “AS Group Investment” şirkəti ilə bu ölkənin  iri “China CAMC Engineering Co., Ltd.” şirkəti arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. virtualaz.orgxəbər verir ki, müqaviləyə əsasən CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 milyon ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq Müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti xanım  Luo Yan tərəfindən imzalanıb. Şirkətdən yayılan məlumata əsasən tərəflər 6-7 fevral tarixlərində Çin, Qazaxstan, Azərbaycan, Gürcstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu” mövzusunda Beynəlxalq Konfransda bir araya gəliblər.

“AS Group Investment”-in təsisçisi Şahin Mövsümov səfər çərçivəsində həmçinin, CAMCE-nin daxil olduğu Çinin nəhəng dövlət şirkətlər qrupundan biri olan “China National Machinery Industry Corporation Ltd”-nin  (SINOMACH) vitse-prezidenti cənab Liu Jin Zheng ilə də görüş keçirərək qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.

“Abşeron Aqro Park” meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. “Abşeron Aqro Park” ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib və burada pomidor və çiyələk isthsalatına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. “Abşeron Aqro Park”ın tam fəaliyyəti zamanı 3500 nəfərədək şəxs işlə təmin ediləcək.

Hövsan qəsəbəsində yetişdirilən meyvə və tərəvəz yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixrac olunur. Bununla da dövlət başçısının iqtisadiyyatın prioriteti olaraq müəyyən etdiyi və uğurla həyata keçirilən qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac həcminin artımına, o cümlədən “Made in Azerbaijan” brendinin tanınmasına qatqı verilir.22

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər