“İşdən çıxarılmış məmurları məsləhətçi kimi dəvət etmək lazımdır” – Sabiq nazir Əli Abbasov

533

“Vəzifədən azad edilmiş məmurları məsləhətçi kimi dəvət etmək lazımdır”.

Sfera.az xəbər verir ki, bunu Report-a sabiq rabitə və informasiya texnologiyaları naziri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov deyib.

Ə.Abbasov vurğulayıb ki, cəmiyyətimizdə formalaşmış fikir var ki, kimsə vəzifədən çıxdı ondan uzaqlaşırlar:

“Yəqin düşünürlər ki, nə edə bilmisənsə hamısı göz qabağındadır. Bundan sonra da biz edəcəyik. Bu baxımdan qurumlarda olan insanlar da bəzən elə düşünür. Amma işdən çıxanların və həmçinin yaşlıların da fikrini öyrənmək, onlardan məsləhətçi kimi yararlanmaq olar. Məsləhəti dinləyib öyrənmək olar. Sonda isə qərar qəbul edən şəxs son qərarı özü verir.

Lakin mənə münasibət normal olub. Vəzifədən azad edildikdən sonra, 2017-ci ildə AMEA-ya müşavir kimi gəldim və gördüyünüz kimi indi də İdarəetmə Sistemləri İnstitutunda işlərimi davam etdirirəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər