İspaniyada iki karateçimizə 1000 avro pul verildi – FOTO

85

Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə keçirilmiş Premyer Liqa turnirində mövsümün son mərhələsini iki medalla başa vurub.

Oxu.Az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretskaya (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb.

Nuranə Əliyevanın (-50 kq) üçüncü yer uğrunda həlledici görüşü uğursuz alınıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib. İspaniyada yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları qazanıb.

Karate1 Premyer Liqasının Madrid mərhələsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına layiq görülüb. 2019-cu il mövsümünün nəticələrinə əsasən “Grand Winners” mükafatını qazananlar arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (-68 kq) da var.

Rafael Ağayev bu yarışda ilk görüşdə uduzub, medalsız qalsa da, ilboyu keçirilən yeddi Premyer Liqa yarışlarında bütün rəqiblərindən çox mükafat qazanıb. Belə ki, o, Moskvadan qızıl, Paris və Tokiodan gümüş, Dubay və Rabatdan bürünc medalla dönüb. O, yalnız iyunda Şanxaydakı turnirdə iştirak etməyib.

İrina Zaretskaya isə ardıcıl üçüncü Premyer Liqada da qızıl medal qazanmaqla İsveçrədən olan əsas rəqibi Elena Kuiritsini qabaqlayıb. Ukraynalı legionerimiz bu ilin fevralında Dubayda da gümüş medal qazanıb.

Hər iki idmançımız ikinci dəfə “Yaxşıların Ən Yaxşısı” adını qazanır. Rafael Ağayev ardıcıl ikinci dəfə bu ada layiq görülür. İrina Zaretskaya isə 2017-ci ildə bu mükafatı qazanıb. Mükafatın təqdimatı 26 yanvarda Fransanın paytaxtı Parisdə olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər