İstanbul universitetinin doktoru Sumqayıtda seminar keçdi (FOTOLAR)

1046

Fərdi İnkişaf və Karyera Mərkəzində “Psxilogiyada səhv bildiklərimiz” mövzusunda seminarda təşkil olunub.

Sumqayıt şəhər Gənc Təbiblər Şurasının və “sumqayitxeber.com” saytının birgə təşəbbüsü təşkil olunmuş seminarın keçirilməsində  əsas məqsəd gənclərin bu sferada olan biliklerinin artırılmasıdır. “Psixilogiyada səhv bildiklərimiz” layihə çərçivəsində həyata keçirilən ilk seminarda ekspert qismində İstanbul universitetinin doktoru, “MEMORIA” Global Health Group və onun nəzdində fəaliyyət göstərən Cinsi sağlamlıq ve Nevropsixologiya mərkəzlərinin rəhbəri Dr.Firdovsi Əliyev olub.

Gənc Təbiblər Şurasının sədri Məhəmməd Qiyai “sumqayitxeber.com” saytına açıqlamasında bildirmişdir ki, gələcəkdə təşkil olunacaq seminarlarda mütəxəssis qismində Türkiyə, Avropa və ABŞ-da təhsil almış və xüsusi kurslar keçmiş azərbaycanlı psixoterapevt, nevropsixoloq, klinik psixoloqlar ve psixoloqlar da iştirak edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər