İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir – Alimlərdən ŞOK PROQNOZ

2492

İstanbulda baş verən zəlzələnin Mərmərə dənizində gözlənilən böyük zəlzələnin “müjdəçisi” olması haqda müzakirələr davam edir.

Publika.az xəbər verir ki, türkiyəli professor Şener Üşümezsoy İstanbulun Silivri bölgəsində bundan sonra böyük zəlzələnin olmayacağını proqnozlaşdırıb.

“Silivridə 5,8 ballıq zəlzələ oldu, bundan sonra daha böyük olmayacaq. Ən riskli yer hazırda Kumburgaz bölgəsidir. Fayların qırılması Kumburgaza doğru gedərsə, 6,5 ballıq zəlzələ ola bilər. Silivri çuxurunda belə zəlzələlərin olması normadır. Orada fay xətti 1912-ci ildə qırılıb. Tekirdağ və Yalova fayında da problem yoxdur. Hazırda ciddi risk görmürəm”, – deyə o bildirib.

Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin müdiri, professor Hasan Sözbilir İstanbulda illərdir qırılacağı gözlənilən Şimali Anadolu fay xəttinin bir parçasının qırıldığına diqqət çəkib.

“Silivridəki zəlzələ Şimali Anadolu fayında meydana gələn qırılmanın nəticəsidir. Mərmərə dənizində qırılmaqda olan fay xəttinin ümumi uzunluğu 50 kilometdir. Bu fay xətti maksimum 6,9 bal gücündə zəlzələnin baş verməsinə səbəb ola bilər. Lakin fayın istanbulun cənubuna doğru uzanan hissəsi 70 kilometr uzunluğundadır, həmin fay xətti qırılarsa, 7,1 bal gücündə zəlzələ ola bilər. İki fay xəttinin ümumi uzunluğu 120 kilometrdir. Onların qırılması ümumi olaraq 7,4 gücündə zəlzələyə səbəb olacaq”, – deyə o xəbərdarlıq edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər