İstifadəçilər “WhatsApp”-da ediləcək son dəyişikliklərdən şoka düşəcək

1651

Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər “WhatsApp” messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.

sumqayitxeber.com AZƏRTAC-a istinadən bildirir ki, “WhatsApp”ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.

“WhatsApp”ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər “Google” və “WhatsApp” arasında imzalanmış sazişin bir hissəsidir.

Məsələ ondadır ki, “Google Drive”in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, “Google Drive” xidmətinə müdaxilə zamanı “WhatsApp” messencerinin şəxsi məlumatları ələ keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər