"İt hürər karvan keçər: Unutmasın, keçmişdə kim olub" - Azərdən Vüsaləyə SƏRT CAVAB

1671

Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahid eks həyat yoldaşı Vüsalə Əlizadə ilə birgə fotosunu sosial şəbəkədə paylaşıb. Vüsalə isə Azərin paylaşımını reklam adlandırıb.

Sonxeber.az xəbər verir ki, onun bu sözlərinə qarşı tərəfdən cavab gecikməyib:

“Dostlar, deməli belə! Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə doludur o şəkildən. Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Nə isə, qısa yazacam. Çoxları yenə fırlatdı keçmiş həyatıma. İndi cavab verim! Yadınızda qalsın, keçmiş hər zaman keçmişdir. İnsan gərək unutmasın ki, keçmişdə kim və nə olub. Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır. Məni onsuz da hər zaman aqressiv, özündən razı tanımısınız. Bəli, çünki efirdə o cür xarakter sərgiləyirəm. Bu xarakter kişi xarakteridir. Nəyə görə bunu dedim – çünki, lazım olsa, çəkinmədən sözümü üzünə deyib rəzil edərəm həmin insanı, əgər günahı varsa. Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Baxmayaraq ki, sari tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram. Necə varam, eləyəm. İstəyən izləyir, istəyən tənqid edir. Öpürəm hər kəsi. O dünyada əridib yandıracaqlar. Bu dünyada kef başqadı. Yoza bilərsiz. Niyə görəsən insanlar bir-birilərinə qarşı kin bəsləyirlər?!” Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar?! Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da, o, bizim alın yazısı kimi yaşadıqlarımızdı. “İt hürər karvan keçər”. Bir sözlə, Allah hər kəsə ürəyinə görə versin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər