İtkin düşən alpinistlərlə bağlı “Whatsapp”da ŞÜBHƏLİ DURUM

2047
Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
sumqayitxeberşcim bildirir ki, metbuat.az-ın məlumatına görə, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər