İTV-nin keçmiş sədr müavininə – AzTV-də VƏZİFƏ VERİLDİ

345

AzTV-nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.

FED.az xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.

Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Məmmədov AzTV rəhbər kimi çalışdıqdan sonra kanalın simasında xeyli dəyişikliklər edib, ciddi kadr islahatları aparıb, yeni layihələrə start verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər