Karantin dövründə evlənənlərin sayı… – Rəsmi

530

Bir çox ölkələrdə pandemiya ilə əlaqədar elan edilmiş karantin rejimi demoqrafik vəziyyətə təsir edib. Bununla yanaşı, ailə quranların sayında azalma müşahidə olunub. Bəs ölkəmizdə vəziyyət necədir?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən  bildirilib ki, pandemiya dövründə evlənən cütlüklərin sayında kəskin azalma olub:

“Cari ilin ötən dövrü ərzində qeydiyyat orqanları tərəfindən 21 min 487, martın 31-dən avqustun 10-dək isə 9177 nikah dövlət qeydiyyatına alınıb. Lakin toylar olmadan evlənən cütlüklərin sayı ilə bağlı statistika aparılmadığından müvafiq məsələyə aydınlıq gətirmək mümkün deyil”.

Qeyd edilib ki, cari ilin ötən dövrü ərzində qeydiyyat orqanları tərəfindən 73 min 938, martın 31-dən avqustun 10-dək isə 44 min 460 uşağın doğumu dövlət qeydiyyatına alınıb. axar.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər