Karantindən sonrakı Azərbaycan TOYLARI – Öpüşüb-qucaqlaşmaq olmaz, hər masada 3-5 nəfər…

1429

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı qaydalara əsasən mayın 18-dən sonra bir çox sahələrdə karantin qaydalarının yumşalması nəzərdə tutulub. Buna baxmayaraq, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

Bu barədə Modern.az-a danışan Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, karantindən sonra toy məclislərinin bərpası gedişatdan asılı olacaq. Baş kulinar qeyd edib ki, dövlətin qərarlarına laqeyd yanaşmaq düzgün deyil:

“İnsanlar dərk etməlidirlər ki, koronavirusun yayılma səbəbi nə olur olsun, bu pandemiya mövcuddur və deyilənləri etməyə məcburuq.

Əvvəllər toy məclislərində israfçılığın baş alıb-getməsindən şikayətlənirdik. Hətta  sadə formaya keçməsini, ailə, qohum-əqrəba arasında nikah məclisi ilə əvəzlənməsini təklif edirdilər. Nə oldu ki, indi hamı toy etmək arzusuna düşdü? Sosial şəbəkələrdə daha çox yazırlar, toy məclislərinin bərpasına icazə verilməsini tələb edirlər. Buna nə ehtiyac var? Kim evlənmək istəyirsə, nikah bağlayıb, ailə arasında çox kiçik tədbir edə bilər”.

Koronavirusdan sonra toylarda israfçılığın aradan qalxacağı haqqında iddialara gəlincə isə Tahir Əmiraslanov adətlərin dəyişməyəcəyini deyir:

“Qətiyyən gözləmirəm! Biz xalq olaraq, “dambat”ıq. Özümüzü göstərməliyik. Avropada yaxın qohum dedikdə, ata-ana, bacı-qardaş nəzərdə tutulur. Bizdə isə qohum şəcərəsi xeyli böyükdür. Toya uzaq qohumlardan kimi isə çağırmadıqda inciyirlər. Yaxud toy sahibi özü maraqlıdır ki, hər kəsi restorana yığsın, toyu nümayiş etdirsin, özünü göstərsin.

Virusun tamamilə aradan çıxmadığı vaxtda isə bu cür mənasız göstərişləri kənara qoymaq lazımdır. Dediyim kimi, kim evlənmək istəyirsə, nikah üçün müraciət etsin, evlənsin. Toylar üçün icazə verilməsi məqsədəuyğun da deyil. Ən azı yanvar ayında qədər bu cür kütləvi tədbirlərə məhdudiyyət olmalıdır. İcazə verilən də isə toya dəvət edilən qonaq sayını ən azı 3 dəfə azaltmaq gərəkli olacaq. Məsələn, bir stol ətrafında əvvəlki kimi 12-15 nəfər deyil,  3-5 nəfər otursa daha yaxşıdır. Amma maskadan istifadə tapşırılsa, yemək məsələsi anlaşılmazlıq qalacaq. İstənilən halda sosial məsafəni qorumaq, hər qonaqla öpüşüb-qucaqlaşmamağa çalışmaq, gigiyena qaydalarına əməl etmək lazım olacaq”.

T.Əmiraslanovun sözlərinə görə, restoranların işçi heyəti, xüsusilə aşpazlar və ofisiantlar hər 3 aydan bir koronavirus testindən keçməli olacaqlar:

“Bu pulsuz aparılacaqsa, lap yaxşı. Amma müayinələr onların öz hesabına olsa, çətinlik yaranacaq. Nəzərə alsaq ki, onların mütəmadi qoruyucu vasitələr istifadəsi də tələb olunacaq,bu zaman  xüsusilə, günəmuzd çalışan işçilər bu şərtlərə əməl etməyə pul çatdırmayacaqlar. Bütün bunları qaydasına salmaq üçün iş aparılır.

Restoran sistemi çox mürəkkəbdir. Kommunal xərcləri çoxdur. Ərzağa verilən pul restorana adam gəlməsə batır. İşçilər dağıldıqda həmin kadrların yenidən bir araya toplanması çətin prosesdir. Avadanlıqlar işləmədikdə yararsız hala düşür. Zəncirvari proses olduğuna görə, bununla bağlı xüsusi qaydaların müəyyənləşməsinə ehtiyac var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər