Karateçilərimiz İsveçrədə 11 kubok qazandılar – Fotolar

1417

İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində karateçilərimiz gözəl nəticə ilə yadda qalıb.

“Qafqazinfo”nun xəbərinə görə, on idmançı ilə qatılan karate millimiz 11 kubok (bu yarışda medal əvəzinə kubok verirlər) qazanıb.

Belə ki, Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Rafiz Həsənov (67 kq) və İrina Zaretskaya (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Şahin Atamov (+84 kq) gümüş, Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) isə bürünc kuboka yiyələnib.

Master Klassda (bu kateqoriyada bütün çəkilər mübarizə aparır) Şahin Atamov və İlahə Qasımova gümüş, İrina Zaretskaya bürünc kubok qazanıb.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər