Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub.
Hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə bağlı polis şöbəsində dindirilir.
Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb.
Mərhumun meyiti atasına təhvil verilib. Lakin kənddə adam olmadığından dəfn edilməyib.
Qaçırılan Aynur Əsədova da hazırda Quba rayon hüquq mühafizə orqanındadır. “qafqazinfo”
Qubada əmisi gəlinini qaçıran gəncin BAŞINA OYUN AÇDILAR – Hamının gözü önündə ÖLDÜRDÜLƏR – FOTO