Kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi: Bu axşamdan başlayaraq…

1463

Meteohəssas insanlar diqqətli olsunlar.

Hava proqnozlarından tez-tez belə xəbərdarlıqları eşidirik. Əksər vaxt buna önəm verməsək də, havanın dəyişkən keçməsi bəzi insanların səhhətinə mənfi təsir edir. Xüsusilə, bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti belə deməyə əsas verir.

sumqayitxeber.com xəbər verir ki, elə qarşıdakı günlərdə də havalar qeyri-sabit keçəcək. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyir ki, mayın 20-dən ölkə ərazisində küləyin sürəti artacaq, bəzi yerlərdə yağış və dolu düşəcək. Atmosfer təzyiqinin yüksəlməsi ilə xəzri küləyi güclənəcək və bu da daha çox metohəssas insanlara təsir edə bilər.

Ekoloq Sadiq Həsənov isə bildirir ki, mayın 25-dən sonra maqnit qasırğası gözlənilir ki, meteohəssas insanların həmin vaxtlarda açıq havada olmaları tövsiyyə edilmir.

Həkim-terapevt İlkanə Kələntərova deyir ki, meteohəssas insanların əksəriyyəti xronik ürək-damar, şəkərli diabet və oynaq xəstəliyi olan şəxslərdir.

Həkim belə insanların hava proqnozlarını yaxından izləmələrini tövsiyə edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər