Kim Çen In ətrafındakı satqınları ifşa etmək üçün “ölüb”müş – “Sky News Australia”

249

“Şimali Koreya diktatoru Kim Çen In qəsdən özünü ölmüş kimi göstərməklə öz ətrafındakı satqınları müəyyənləşdirmək, habelə “ölümündən” sonra kimin hakimiyyətə gəlmək niyyətində olduğunu üzə çıxarmaq istəyib”.

Musavat.com xəbər verir ki, bununla bağlı “Sky News Australia” kanalının saytında maraqlı yazı dərc olunub.

Yazıda Kimin 3 həftə ərzində ictimaiyyət və mətbuatın gözündə “qeyb olaraq” həm sağlamlığı, həm də olduğu yer barəsində müxtəlif şayiələr doğurduğu, habelə yeni varislə birlikdə nüvə silahına malik bir dövlətin perspektivi ilə bağlı qayğılara səbəb olduğu vurğulanır.

Bütün bu şayiələr ötən həftənin 6-cı günü Şimali Koreya mətbuatının “ölən lideri”nin yeni zavodun açılış lentini kəsdiyi foto və videoları göstərməsindən sonra puça çıxıb.

“Sky Outsiders”ın aparıcısı Ceyms Morrounun sözlərinə görə, Kim Çen əslində “klassik Stalin fəndi” işlədərək ictimaiyyətin reaksiyasını öyrənmək istəyib.

Bu səbəbdən tamamilə mümkündür ki, KXDR rəhbəri indi özünün uzunmüddətli qeybi zamanı axtardığı sualların cavabını onu yerinə göz dikənləri təmizləməklə tapsın.

Kim Çen Inın yenidən diqqət mərkəzinə düşməsi onun xəstələndiyini və ya öldüyünü düşünən şimalda qalan, habelə oradan qaçan bir sıra nüfuzlu koreyalı ictimai xadimin də ümidlərini alt-üst edib.

Bunlardan biri də vaxtilə Şimali Koreyanın Böyük Britaniyadakı səfirinin müavini olmuş, habelə Kim rejiminin məxfi fondları idarə etmiş Te Yun-Hodur. Te 2016-cı ildə Cənubi Koreyaya qaçıb və burada hətta ötən ay keçirilən seçkilərdə parlamentə seçilməyə müvəffəq olub

“Bilirəm, bir çoxunuz Şimali Koreya problemləri üzrə dəqiq analiz və proqnozlar aparmağımla bağlı gözləntilərinizə görə məni deputat seçmisiniz. İndi bu səbəbdən Kim Çen Inın ölümü ilə bağlı yayılan informasiyaya görə, özümü günahkar hiss edir, hər kəsdən üzr istəyirəm”,-deyə o, seçicilərinə səslənib.

Şimali Koreyadan qaçan digər dissident, habelə Cənubi Koreya parlamentinin deputatı Si Son Ho da öncələr Kim Çen Inın ürək-damar əməliyyatından sonra öldüyünü, rəsmi informasiyanın isə 5-6 gün sonra veriləcəyindən 99% əmin olduğunu bildirmişdi.

2018-ci ildə ABŞ prezidenti Donald Trampın “Xalqa müraciət”ni səsləndirməsi zamanı Ağ Evə dəvət edilən Si Son Ho xüsusi bəyanat yayaraq üzrxahlığını çatdırıb.

“Mən bir neçə gündür hazırda düşdüyüm vəziyyətin utancını yaşayıram”,-deyə o söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər