Kimyaçılar 4 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstəriblər – VİDEO

1369

“Azərikimya” İstehsalat Birliyi öz ənənəsinə sadiq qalaraq bu dəfə də aztəminatlı ailələri unutmadı.

“Report” xəbər verir ki, müqəddəs Ramazan ayı boyunca “Azərikimya” tərəfindən ümumilikdə 4 000-dən çox ailəyə yardım sovqatı paylanıb.

Məlumata görə, 15-ə yaxın gündəlik tələbat mallarının daxil olduğu yardım paketi əsasən aztəminatlı ailələr, tənha yaşayan ahıllar, Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ əlilləri və başqa kateqoriyadan olan ehtiyaclı insanlara paylanıb.

Sumqayıt sakinləri koronavirus (COVID 19) pandemiyası günlərində onları unutmayan və daim öz qayğısı ilə əhatə edən ölkə başçısı İlham Əliyevə, SOCAR və “Azərikimya” İB-nin rəhbərliyinə, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinə minnətdarlıq ediblər.

“Azərikimiya” rəsmiləri isə bildirib ki, Prezidentin diqqət və qayğısı nəticəsində minlərlə belə ailəyə yardım paylanıb və ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bundan sonra da aztəminatlı ailələr dövlətimizin dəstəyini hiss edəcək.

Qeyd edək ki, aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada SOCAR-ın müxtəlif idarə və müəssisələri yaxından iştirak edib. Nizami, Sabunçu, Səbail, Qaradağ, Nərimanov, Xətai, Nəsimi, Suraxanı, Binəqədi, Pirallahı rayonlarında, eləcə də Siyəzən rayonunun kənd və qəsəbələrində müxtəlif yardım kampaniyalarına qoşularaq ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları ilə köməklik göstəriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər