Kişilər sosial şəbəkələrdə nə axtarır? – ARAŞDIRMA

697

Kişilər sosial şəbəkələrdə sevgililərinin şifrəsini öyrənmək istəyir, qadınlara isə daha çox onların dostluğunda olan qızların sayı maraqlandırır. Çünki bu qadınları narahat edir və həmin qızlardan biri ilə münasibətlərinin yaxşı və uğurlu olmasından qorxurlar. Gözəl qızların sayı çoxdursa, daha çox narahat olmağa başlayırlar.

“Sosial şəbəkələrin münasibətlərinizə təsiri varmı?” adlı sorğuda təxminən 2 min insan iştirak edib. Bu sorğu kişilərin hər şeyə qarşı maraqlı olduğunu, qadınların isə qısqanc olduğunu müəyyən edib.

Anketə görə kişilərin 17 faizi sevgilərinin şifrələrini bilmək istəyir, qadınların 28 faizi isə sevgililərinin həmcinsləri ilə dostluq qurmasını müsbət qarşılamır. Qadınlar bundan çox narahat olduqlarını dilə gətirib.

Sosial şəbəkələrdə istifadəçi sayı durmadan artır və yeni çıxan telefonların funkisiyaları da bu prosesi daha da təkminləşdirir.

Sorğuda iştirak edənlər  bildirib ki, sosial şəbəkələrin münasibətlərə heç bir mənfi təsiri yoxdur.

Qadınların 35 faizi və kişilərin 50 faizi bildirib ki, sevdiyi insana güvənir və onun sosial şəbəkədə izləmək kimi fikri yoxdur.

Anketə qatılanlar ən vacib faktorun güvən və inam olduğunu desə də, kişilərin 17 faizi sevdiyi insanın şifrəsindən xəbədar olmaq istəyir.

Publika.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər