Klublarımız Premyer-Liqaya hazırlaşır

989

Kim, harada və necə?

Məlum olduğu kimi, hazırda Topaz Premyer-Liqasında qış fasiləsidir. Təsnifat mərhələsinin son dörd turu və həlledici mərhələnin qarşılaşmaları isə fevralın 9-da start götürəcək. Bu müddət ərzində isə komandalar həm heyətlərini gücləndirmək, həm də çempionatın fevralda strat veriləcək hissəsinə hazırlaşmaq imkanı qazanacaqlar. Artıq elita təmsilçilərinin bəziləri dünəndən etibarən  hazırlıq mərhələsinə başlayıb. İndi isə gəlin, klublarımızın qış fasiləsindəki hazırlıq planı ilətanışolaq.

 

“İnter”

“İnter”in keçirəcəyi təlim-məqş toplanışı gələn ayın 11-dən fevralın 4-dək davam edəcək. Bələkdə yerləşən “Susesi” otelində məskunlaşacaq “İnter” 6 yoxlama oyunu keçirməyi planlaşdırır. Yanvarın 17-də Kaxaber Sxadadzenin yetirmələri Almaniyanın “Ahlen” komandasıyla görüşəcək. Toplanış çərçivəsində “Amkar”la (Rusiya) da qarşılaşma keçiriləcək. Bu oyun yanvarın 18-də olacaq. Üçüncü yoldaşlıq matçı 5 gün sonra, yəni yanvarın 22-də baş tutacaq. Bu dəfə də paytaxt təmsilçisinin rəqibi Almaniya təmsilçisi “İnqolstadt” klubu olacaq. Yanvarın 25-də Ukraynanın “Metallurq”(Zaporojye) komandasıyla qarşılaşacaq “İnter” 5 gün sonra Ukraynanı təmsil edən daha bir komandayla, “Metallurq”la (Donetsk) gücünü sınayacaq. Toplanış çərçivəsində daha bir matçın keçirilməsi də planlaşdırılır. Fevralın 3-də keçirilməsi nəzərdə tutulan matçda rəqibin kimliyi hələ məlum deyil.

 

“Simurq”

Topaz Premyer-Liqasının iddialı komandalarından olan Zaqatala klubu da qış fasiləsindəki hazırlıq mərhələsini Türkiyədə keçirən komandalarımıızdandır. Artıq dünəndən etibarən Zaqatalada hazırlığa başlayan və bu gün qardaş ölkəyə yola  düşən Georgi Çixradzenin “drujinası” fevralın ikinci gününə kimi Türkiyənin Bələk bölgəsində  təlim-məşq prosesi keçəcək.Xatırladaq ki, “Simurq” həmin zaman kəsiyində 5 ulduzlu “Atlantik” otelində məskunlaşacaq. Bu müddət ərzində bir neçə yoldaşlıq matçı keçirməyi pıanlaşdıran “Simurq”un rəqiblərinin kimliyinə tam aydınlıq gəlməyib. Bu baxımdan zaqatalalıların yalnız yanvarın 31-də Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacağının dəqiq olduğunu qeyd edə bilərik. Bundan başqa Bolqarıstan mətbuatının məlumatına görə, “sarı-qaralar” Bolqarıstanın MOİK klubu ilə də qarşılaşacaq.

 

“Qarabağ”

İki gün öncə biraraya gələn və Türkiyənin Antalya şəhərinə yola düşən Ağdam təmsilçisi fevralın 3-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. Bələkdəki `İC Santai` otelində məskunlaşacaq Qurban Qurbanovun “drujinası” yanvarın 29-dan toplanışın sonuna qədər tam heyətlə hazırlaşa bilməyəcək. Buna səbəb “Qarabağ”ın bir neçə üzvünün milli komandamızın Dubay toplanışına qatılması olacaq. Xatırladaq ki, “köhlən atlar” Antalyada 5 hazırlıq matçı keçirəcək. Məlumat üçün bildirək ki, ağdamlıların yanvarın 19-da Rusiyanın “Ural”, həmin ayın 24-də Ukraynanın “Hoverla”, fevralın 2-də isə Moldovanın “Tiraspol” komandaları ilə qarşılaşacağı dəqiq olsa da, digər rəqiblərin kimliyinə aydınlıq gəlməyib.

 

“Neftçi”

Yanvar ayının 6-dan Bakıda biraraya gələn “ağ-qaralar” dünən isə Türkiyənin Antalya şəhərində hazırlığa başlayıb. İki mərhələli hazırlıq fevral ayının 3-də başa çatacaq. İlkin toplanış müddətində “Mardan Palace” otelində qalacaq flaqmanın ikinci hazırlıq mərhələsində hansı oteldə məskunlaşacağı bəlli deyil. “Ağ-qaralar”ın hazırlıq prosesi dönəmində bir neçə yoxlama oyunu keçirəcəyi məlum olsa da, yalnız iki rəqibin adı bəllidir. Xorvatiyanın “Hayduk” və Polşanın  “Poloniya” klubları ilə qarşılaşacaq “xalq komandası”nın ötən il olduğu kimi, Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunacaq turnirdə iştirakı gözlənilsə də, Azərbaycan Premyer Liqasında qış fasiləsinin fevralın 9-da yekunlaşacağını nəzərə alan paytaxt təmsilçisi bu dəfə fevralın 5-15-i aralığında təşkil olunacaq sözügedər turnirə qatılmamağı qərara alıb.

 

Qəbələ

Yanvarın 8-dən etibarən Mingəçevrdə hazırlığa başlayan şimal təmsilçisi “Riverside” otelində məskunlaşıb. Cari ayın 18-də hazırlığın ilkin mərhələsini başa vuracaq Ramiz Məmmədovun komandası bundan iki gün sonra Türkiyəyə yollanmağı planlaşdırır. Ötən il olduğu kimi, Bələkdə yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq Qəbələnin eyniadlı komandası yanvarın 20-dən fevralın 3-nə qədər hazırlıq keçəcək. Bu müddət ərzində dörd yoldaşlıq matçı keçirəcək Ramiz Məmmədovun yetirmələrinin hansı komandalarla qarşılaşacağı bəlli olmasa da, qarşılaşmaların vaxtına da aydınlıq gəlib. Belə ki, matçlar yanvarın 22-si, 25-i, 28-i və fevralın 1-nə nəzərdə tutulub. Kmandanın sparrinq-rəqiblərindən hələlik yalnız Almaniyanın  “Kayzerslautn” komandası ilə razılıq əldə olunub.

 

“Xəzər-Lənkəran”

İki gün sonra Antalyaya yola düşəcək “ağ-yaşıllar” fevral ayının 5-nə kimi bu şəhərdə hazırlıq keçəcək. Bu müddət ərzində beş yoldaşlıq matçı keçirəcək cənub təmsilçisi yanvarın 19-da Ruminiyanın “Rapid”, 22-də Ukraynanın “Krivbass”, yanvarın 26-da isə Çexiyanın “Prişbram” klubu ilə qarşılaşacaq. “Xəzər-Lənkəran”ın digər iki rəqibi isə hələlik məlum deyil.

 

AZAL

Dörd gün öncə paytaxtda biraraya gələn “təyyarəçilər” hələlik ölkə daxilində hazırlıq keçməkdədir. Amma bu, heç də AZAL-ın xariici ölkəyə yollanmayacağı anlamına gəlmir. Belə ki, ayın 15-də Antalyaya yollanacaq Vaqif Sadıqovun komandası fevralın ikinci gününə kimi Türkiyədə təlim-məşq prosesi keçəcək. Bu müddət ərzində paytaxt klubunun dörd yoldaşlıq görüşü nəzərdə tutulub.

 

“Sumqayıt”

Ölkə xaricinə çıxmayacaq iki elita təmsilçisindən biri olan “gənclik şəhəri”nin təmsilçisinin futblçuları bazar günü biraraya gələcək. Qış fasiləsindəki hazırlıq mərhələsini “Bayıl Arena”da keçirəcək “Sumqayıt”ın dörd yoldaşlıq matçı keçirəcəyi məlumdur. Amma hələlik “Sumqayıt”ın yalnız iki rəqibinin adına aydınlıq gəlib. Belə ki, “Sumqayıt” yanvarın 26-da Mərdəkandakı “Dalğa Arena”da “Rəvan”la, fevralın 2-də isə “Kəpəz”lə  üz-üzə gələcəyi dəqiqdir.

 

“Turan”

Mövsümə yaxşı keçirən qərb təmsilçisinin hazırlıq mərhələsinə ölkə daxilində başlayacağı və yanvarın 15-də Tovuzda Gürcüstanın “Sioni” və ya “Zestafoni” komandası ilə yoldaşlıq matçı keçirəcəyi gözlənilir. Məhz bundan sonra “Turan”ın ölkə xaricinə yollanması planlaşdırılır. Hazırlığın ikinci mərhələsini Gürcüstanın Batumi şəhərində keçəəcək Əfqan Talıbovun komandasının yanvarın 20-dən sonra sözügedən ölkəyə üz tutması nəzərdə tutulub. Komandanın Gürcüstanda bir neçə yerli komanda ilə yoldaşlıq matçı keçirməsi gözlənilir.

 

Bakı

“Zolaqlılar” üç gün sonra Antalyaya üz tutacaq və 28 yanvaradək bu şəhərdə hazırlıq keçəcək. Bu müddət ərzində  “Rixos Premium” otelində qərarlaşacaq komandanın Türkiyədə olduğu müddətdə 3-4 yoldaşlıq matçı keçirəcək. Xatırladaq ki, ilk yoxlama oyunu yanvarın 19-da baş tutacaq. Həmin gün komandanın rəqibi Almaniyanın “Dinamo” (Drezden) klubu olacaq. Toplanış çərçivəsində sonuncu oyun yanvarın 27-nə planlaşdırılıb. Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşma ilə 14 günlük hazırlığa yekun vurulacaq. Daha bir sparrinq rəqibin adı yaxın günlərdə məlum olacaq. Bu oyun yanvarın 22 və ya 23-də keçiriləcək.

 

”Rəvan”

Əksər elita təmsilçilərindən fərqli olaraq paytaxt təmsilçisi Topaz Premyer-Liqasının qarşıdakı hissəsinə ölkə daxilində hazırlaşır. Artıq dünəndən etibarən məşqlərə start verən “Rəvan”da legioner futbolçuların ayın 14-də komandaya qoşulması gözlənilir. Paytxt klubunun təlim-məşq prosesi zamanı birinci divizion komandaları ilə qüvvəsini sınaması planlaşdırılır.

 

“Kəpəz”

Qış fasiləsinə turnir cədvəlinin son sırasında yollanan qərb təmsilçisinin çempinatın qarşıdakı turlarına ölkə daxilində hazırlaşacağı gözlənilir. Komandanın gələn həftənin ilk günündən “Dalğa Arena”da biraraya gəlməsi planlaşdırılır. “Kəpəz” ən yaxşı halda, ötən il olduğu kimi, yoldaşlıq matçı keçirmək üçün  Gürcüstana yollana bilər. Bundan başqa, gəncəlilərin bəzi birinci divizion və elita təmsilçiləri ilə qarşıalaşması planlaşdırılır. Məlumat üçün bildirək ki, Mahmud Qurbanovun yetirmələrinin yanvarın 26-da turnir cədvəlindəki qonşusu “Rəvan”la qarşılaşması nəzərdə tutulub.

 

Tural Məmmədov

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər