Koronavirusa qarşı ƏN HƏSSAS etnik qruplar hansılardır? – Alimlər açıqladı

1307

İngiltərədə koronavirusa qarşı ən həssas etnik qruplar müəyyənləşdirilib.

Publika.az xəbər verir ki, burada müxtəlif etnik qrupların nümayəndələri arasında ölüm nisbəti fərqlidir. İngilis Fiskal Tədqiqatlar İnstitutunun (IFS) alimləri araşdırma apardıqdan sonra bu nəticəyə gəlib.

Onların sözlərinə görə, ölkə xəstəxanalarında ən yüksək ölüm faktı Karib dənizi və Afrika ölkələrindən, həmçinin Pakistan və Banqladeşdən olan mühacirlər arasında qeydə alınıb. Bu göstərici ölkənin yerli əhalisindən iki-üç dəfə çoxdur. Eyni zamanda hindlilərin diasporunda və ağdərili əhalinin kiçik etnik qruplarında ölüm faizi daha yüksək olub. Digər maraqlı məqam budur ki, sözügedən virusdan ölənlər arasında irlandlar ingilislərdən daha az olan yeganə etnik qrup olaraq qəbul edilib. Tədqiqatçılar hesab edirlər ki, bu fərq iqtisadi və sosial amillərin kompleksi, həmçinin vətəndaşların sağlamlıq durumu ilə əlaqədardır. Bundan əlavə, müəyyən ərazidə coğrafi bölgü və əhalinin sıxlığı ölüm səviyyəsinə təsir göstərir.

Xatırladaq ki, dünən Baş nazir Boris Conson ölkədə koronavirus epidemiyasının zirvəsinin geridə qaldığını açıqlamışdı. Onun sözlərinə görə, gələn həftə karantin tədbirləri zəiflədilə bilər, ancaq bütün addımlar mütəxəssislərlə razılaşdırılacaq.

Mayın 1-nə olan məlumata görə, dünyada 3,25 milyondan çox insan koronavirusa yoluxub, onlardan 233 mindən çoxu ölüb, 1 milyondan çoxu sağalıb. İngiltərə, ABŞ, İspaniya, İtaliya və Fransa ilə birlikdə COVID-19-un ən çox təsirləndiyi beş ölkə arasındadır. Ölkədə 172 mindən çox yoluxma hadisəsi aşkarlanıb, onlardan 26 min nəfəri ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər