Koronavirusdan qorunmağın 11 yolu- Stresə qarşı alman metodu

1040
Covid-19-a yoluxmaq riskini necə azaltmaq olar?
Bunlardan birincisi stresə qarşı dayanıqlı olmaqdır
1. Əlləri sabunla 20 saniyə ərzində yumaq, virusu demək olar ki, 100% aradan qaldırır. Əllərinizi daim yuyun, xüsusilə də küçədən qayıdandan sonra və yeməkdən əvvəl. Gündə 10 dəfədən çox əlləri sabunla yumaq, koronavirusa yoluxma riskini 55% azaldır Əl yumaq üçün antiseptiklərin əlavə edilməsinin effektivliyi müəyyən edilməmişdir
2. Sabunla yuyulmamış əllərinizlə ağzınıza, gözünüzə və burnunuza toxunmayın
3. №95 maskaları virusun 99.98% -ni bloklayır . №95 maskası taxmaq koronavirusa yoluxma riskini 91% azaldır. Düzgün istifadə şərtdir.
4.Tibbi maska aerozollarda virusun 95.15% -ə qədərini bloklayır. Tibbi maska taxmaq koronavirusa yoluxma riskini 68% azaldır. Düzgün istifadə şərtdir.
5. Əlcəklərin istifadəsi koronavirusa yoluxma riskini 57% azaldır. Düzgün istifadə şərtdir. 6.Digərlərindən daha uzaq dayanın – 2 metr ara məsafəsi saxlayın.
7. Stresi azaldın
8. Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır,
Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə qədər immuniteti azaldır
Yuxunun azaldılması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır, , uzun müddət yuxunun itirilməsi şərti – patogen bakteriyalar tərəfindən törədilən sistemli infeksiya və sepsis səbəbindən ölümlə nəticələnir.
Günümüzdə virus haqda məlumatlar, karantin şərtləri və s. insanlarda gərginliyə, stresə, yuxusuzluğa səbəb olur.
Stress – daxili və xarici qeyri – qənaətbəxş amillərin təsirindən yaranmış disharmoniya vəziyyətidir. Müsbət stress – eustress adlanır, hansı ki, sağlamlığa, motivasiyaya, fəaliyyətə və emosional rifaha faydalı təsir göstərir. Bu zaman streslə əlaqəli bioloji şəbəkələr və onların mediatorlarının tez requlyasiyası bədəni stresin zərərli təsirindən qoruyur.
Mənfi stress-distress adlanır, çox tez-tez baş verdikdə (stres orqanizmə dəfələrlə təsir etdikdə) və disrequlyasiya olduqda, bütün orqanizmə kompleks mənfi təsir edir. Bu zaman streslə əlaqəli şəbəkələrin və onların mediatorlarının disrequlyasiyası, patofizioloji dəyişikliklərə və müxtəlif psixi və fiziki pozulmaların yaranma riskinə səbəb olur.
Davamlı stress insan sağlamlığında yaranan pozulmaların böyük bir qismində mühüm rol
oynayır. Eyni zamanda stress- stress hormonlarını artırır. Onlar isə immuniteti zəiflədir. İmmun sistemin zəifləməsi infeksiyalara yoluxma riskini artırır.
Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman əlimizdə deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.
Bunun üçün Neurexan preparatından istifadə etmək məqsədə uyğundur. Təbii tərkibli, kiçik dozalarda olan, biotənzimləyici Neurexan preparatı Almaniya istehsalıdır. Neurexan preparatı biotənzimləyici təsiri hesabına sinir sistemini sakitləşdirir, fizioloji yuxu ritmini bərpa edir, qanda stress hormonunun miqdarını tənzimləyərək orqanizmin stresə qarşı reaksiyasını normallaşdırır: beləliklə, yuxusuzluğu, qorxunu, həyəcanı, narahatlığı, nigaranlığı, tez özündən çıxmanı və s. aradan qaldırır. Neurexan preparatının heç bir əlavə təsiri, əks göstərişinin olmaması, gündüz yuxululuq verməməsi və asılılıq yaratmaması onu uzun müddət istifadə etməyə imkan verir. Bütün yaşlarda istifadə etmək olar
İstifadəsi də rahatdır: 1 tab gündə 3 dəfə dil altına qoyulur, yeməkdən 30 dəq əvvəl və ya 1 saat sonra.
9. Həftədə ən az 75 dəqiqə orta aerobik fiziki fəaliyyət göstərin.
10. Sadə karbohidratları qidanızdan çıxarın. Hiperqlikemiya və çox miqdarda sürətli karbohidrat yemək, infeksiyaya qarşı anadangəlmə immun cavabı əhəmiyyətli dərəcədə dəyişdirə bilər və Covid-19 ilə xəstəxanaya yerləşdirilən şəkərli diabeti olan xəstələrin bəzilərində pis nəticələrin alınması bununla izah edilə bilər.
11.Baxmayaraq ki, soyuqdəymə zamanı bol isti maye içmək subyektiv olaraq simptomları tez bir zamanda yaxşılaşdırır və sağalmanı sürətləndirir, lakin bu metodun effektivliyi ilə bağlı insan üzərində təcrübə aparılmamışdır, ancaq bu soyuqdəymə əlamətlərini tez bir zamanda azaldırsa, böyrək funksiyası pozulmamış insanlar üçün istifadə edilə bilər.
Aygün Musayeva
Medicina.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər