Koronavirusdan sağalan şəxsin 14 gün sonra test verməsinə ehtiyac yoxdur – SN

941

Özündə narahatlıq hiss edən vətəndaş dərhal həkimə müraciət etməlidir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova yaxmaların götürülməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir: “Vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19-a şübhə aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür. Məntəqələr tərəfindən yaxmalar hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülür. 15:00-dan 18:00-a qədər isə nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanması məntəqə işçiləri tərəfindən icra edilir”.

N.Daşdəmirovanın sözlərinə görə, sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir: “Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyildir”.

İşçi qrupunun üzvü koronavirusa yoluxan xəstənin 14 gündən sonra test verməsi ilə bağlı müraciətlərinə də münasibət bildirib: “Bəzi vətəndaşlar evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb edirlər. Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətandaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər