Koronavirusla bağlı 5 SUAL 5 CAVAB

1601

Beyninizdə koronavirusun hələ də bioloji silah yoxsa təbii hadisə olması ilə bağlı suallar varsa aşağıdakı yazı Sizin üçündür. Aşağıdakılar 5 suala cavabı əhatə edir.

Müəllif: Şəhriyar Əhmədov

1. Yeni koronavirus niyə Çində yarandı? Koronavirusun mənbəyi Vuhan şəhərindəki vəhşi təbiətin müxtəlif heyvanlarının yaşadığı qida bazarıdır. İlk 41 xəstənin 27-si bu bazarda olmuş adamlardır. 18 il əvvəl oxşar bazarda yaranan virus 29 ölkəyə yayıldı 800-ə yaxın insan öldü.
Qısa haşiyə çıxaq ki, buna qədər müxtəlif viruslar insanlara heyvanlardan keçib. Məsələn, hamımızın bildiyi məşhur HIV virusu meymundan, yaxın zamanlarda meydana çıxan Ebola yarasalardan yaranmışdı. COVİD-19-un da yarasa və ya pangolin adlanan başqa heyvandan yayıldığı ehtimal edilir. Çindəki heyvan bazarları, orda olan nəmişlik şəraiti, bir neçə vəhşi heyvanın birgə kəsilməsi, satılması barədə narahatçılıq keçirən ekspertlər az olmayıb. Wuhandakı bazarda 75 növ heyvan olub. Ağlınıza gələn bütün heyvanlar koaladan tutmuş tülküyə, kirpiyə, yarasaya və adını eşitmədiyimiz pangolinə qədər.
Niyə məhz Çində belə bazarlar var? 1959-cu ildə Çində böyük aclıq başlayır. Rəsmi statistikaya əsasən 15 milyon bəzi tədqiqatlara əsasən 45 milyon insan həyatını itirir. Bunun səbəbi kommunist lider Mao Zedonqun yanlış kənd təsərrüfatı planlaşdırılması olmuşdur. 1976-cı ildə Mao ölür və Çində islahat dövrü başlayır. İri qida sahələrini iri fermerlər ələ keçirir. Kiçik fermerlər ilan, tısbağa və s. vəhşi heyvanlar ovuna keçməyə məcbur olurlar. Bunun hesabına az təminatlı əhalinin qida təminatı mümkün olduğundan dövlət də dəstək durmağa başlayır. Sadə dildə desək dövlət dedi ki, özünüzü aclıqdan qurtarırsansa əladır, mən də dəstək dururam. Çindən başqa az qala hər müasir ölkədə qadağan olunan vəhşi heyvan bazarları və fermaları, bununla da ovun həcmi böyüməyə başladı. Bunların içində təbii ki, xəstə heyvanlar da artırdı. Nümunə üçün bildirək ki, Çində 400 ayı ferması var ki, bunlar da təxminən 10 min ayı saxlanılır.
Çin axır ki, bu virusdan sonra Vuhandakı bazarı bağladı. Ümumiyyətlə çin vəhşi heyvanların qorunması ilə bağlı tədbirləri sərtləşdirib, həmin bazarların hamısını ləğv etməlidir.
2. Çindən yayılan viruslarla bağlı başqa tarixi örnəkləri varmı? 1331-ci ildə yayılan “Qara yara” xəstəliyi Çindən başlamış Avropaya yayılaraq 30 milyon avropalını öldürmüşdür. 1855-ci ildə Çindən başlamış vəba Hindistana yayılır və 10 milyon insan həlak olur. Bu xəstəlik hətta ilk dəfə ABŞ-a çatır və ABŞ ilk dəfə belə bir epidemiya ilə üzbəüz qalır. San Fransisko vəbası adlanan xəstəlikdən 119 ABŞ vətəndaşı ölür. Kaliforniya hökumətinin başçısı və həkim George Cooper Pardee xəstəliyin müalicəsini tapır və bununla da xəstəlik yekunlaşır. Ümumiyyətlə isə, qədim dövrdən bu yana çoxsaylı milyonlarla insanı qıran epidemiyalar olub ki, heç həmin zamanda heç bir ölkə bioloji silah düzəltmə iqtidarında olmayıb
3. Niyə Çinin qonşuları yox İranda bu qədər ölümlər baş verir? İran Çinə çox bağlı ölkədir. İran neftinin əsas alıcısı Çindir. Üstəgəl xəstəlik Qumdan başladı və ölkə dini mərkəz olan Qumu karantinə almadı. Bu isə xəstəliyin miqyasını daha da genişləndirdi. Onu qeyd edək ki, Qumda kifayət qədər Çinli tələbə oxuyur və İran ilk dövrlərdə birinci ticarət tərəfdaşı (həm idxal, həm ixrac üzrə) Çinlə sərhədin açıq olması xəstəliyi daha da artırdı. Əlavə olaraq, İranda xəstəlik seçkinin başlamasına az qalmış yarandı və tədbirlərin alınması gecikdirdi. Daha çox seçkiyə konsentrasiya olan hökümət mübarizə tədbirlərini gecikdirdi. Belə bir dönəmdə seçki kimi kütləvi tədbirin özü də xəstəliyi artırdı.
4. Belə viruslar gələcəkdə ola bilərmi? Çindəki kimi təbiətə, xüsusilə heyvanlar aləminə kəskin istənilən müdaxilə gələcəkdə belə virusları yenidən yaradacaq.
5. İnsan tərəfindən belə bir viruslar yaradıla bilərmi? Bəli yaradıla bilər. Bununla sintetik virusologiya deyilən elm sahəsi məşğul olur. Bu vaksinlərin yaradılması məqsədilə baş verir. Koronavirusun hər 3 növünün – SARS, MERS və COVİD-19-un heyvan mənşəli olması sübut olunub. Bunu sübut etmək virusologiya elmi üçün çətin deyil və belə bir fakt hansı ölkədə olsaydı sübutlarla bar-bar bağırardı. İndi yalnız quru iddialar, bəzi çıxışlar və videolar var ki, onları virusoloqlar deyil adi, konspirologiya nəzəriyyəçiləri də düzəldə bilər.
Nəticə. Koronavirus bioloji silah deyil, təbiətdə yaranmış virusdur. Lakin, insanın ekosistemə vurduğu zərbənin təsirləri danılmazdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər