Koronavirusla mübarizə aparan sumqayıtlı həkimlər: Onları siz də tanıyın – FOTOLAR

1241

Vətən müharibəsində də, koronavirusla mübarizədə də həkimlərimiz əsl qəhrəmanlıq nümayiş etdirdilər.

Artıq bir ildən çoxdur ki, koronavirusla mübarizədə aylarla ailəsinin üzünü görmədən “döyüşən” həkimlər var. Onlar başqalarını xilas etmək üçün öz sağlamlıqlarını qurban verirlər, həyatlarını riskə atırlar.
Görünür buna görədir ki, koronavirusla mübarizə aparan həkimlər indi super qəhrəmanlarla eyniləşdirilir. Aralarında yalnız bir fərq var. Əgər uydurma personajlar toxunulmazdırsa, tibb işçiləri koronavirusa yoluxmuş xəstələrlə birbaşa təmasda olur, sağlamlıqlarını təhlükəyə ataraq xilasedici missiyalarını həyata keçirirlər.
Koronavirusla mübarizədə sumqayıtlı həkimlər də fədakarlıq nümayiş etdirirlər. İstər Sumqayıt şəhərində, istərsə də ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalarda sumqayıtlı həkimlər öz həyatlarını təhlükəyə ataraq həyat xilas etməkdə davam edirlər.
FHN modul tipli hospitalında çalışan pulmonoloqlar – Günay Hacızadə və Novruz Dadaşzadənin bir məqsədi var: müalicə etdikləri şəxsləri tezliklə sağlamlıqlarına qovuşdurmaq.

Bu çətin və şərəfli işdə onlara uğurlar arzulayırıq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər