Koronavirusun ilk yayıldığı Hubey əyalətində KARANTİN LƏĞV EDİLİR

847

Çin hakimiyyəti martın 25-də Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini aradan qaldıracaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, əyalətin inzibati mərkəzi sayılan Uhanda isə məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq.

Bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması fonunda verilib.

Qeyd edək ki, Hubeydə və əyalətin izibati mərkəzi olan Uhan şəhərində karantin cari ilin yanvarın 23-dən qüvvədə idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər