Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

459
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd ilin sonunadək hazır olmayacaq.
Medicina.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib: “Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir”.
M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: “Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər