Kürdəmirdə yol qəzası olub, Sumqayıt sakini dünyasını dəyişib – FOTO

4267

Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə zamanı sürücü Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qəza zamanı avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982 ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər