Levinski Klintonu necə yoldan çıxardığını etiraf etdi — “Ona alt paltarımı göstərirdim”

1556
ABŞ prezidenti Bill Klintonla eşq yaşaması ilə 90-cı illərə damğa vuran Monika Levinski sənədli filmdə ilk dəfə hadisənin deatallarını danışıb.

“Ölkə.Az” xəbər verir ki, detallardan əlavə Levinski prezidenti ələ keçirmək üçün hansı yollara əl atdığını da açıqlayıb.

O, flört etdiyi prezidenti ələ almaq üçün alt paltarını ona göstərdiyini deyib.

1995-ci ildə Ağ Saray işçisi üçün təşkil olunan partidə düşən şalvarının altından alt paltarının göründüyünü deyən Levinski, “normal vaxt olsaydı, şalvarımı yuxarı çəkərdim, amma çəkmədim, bunu otaqdakı heç kim görmədi, amma o gördü” sözlərini deyib. Klintonun ikinci prezidentlik dövründə illərlə münasibətlərinin olduğunu deyən xanım “həmişə təmkinli idik, amma bu kifayət deyikdi” deyə qeyd edib.

Qeyd edək ki, 1998-ci ildə ortaya çıxan hadisə Bill Klintonun yalan deməsi ilə böyük qalmaqala səbəb olmuşdu.

Andlı ifadəsində yalan söylədiyi üçün ittiham olunan Klinton Senatda keçirilən səsvermə ilə bəraət qazanmışdı.

Bu qədər müddət sonra ilk dəfə danışmasının səbəbini isə Levinski internetdə ona qarşı artan təhqirlərlə izah edib: “Bəlkə mənim hekayəm kimlərəsə ən qaranlıq vaxtlarında yardım əli uzatmış olar”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər