Mağazadan alınan məhsulların qablaşdırmalarını sabunla yuyun

1098

Koronavirusun yayılmasının qarşısını almaq üçün mağazadan alınan məhsulların plastik, metal və ya şüşə qablaşdırmalarını sabunla yumaq tövsiyə edilir.

“Live24”ün xəbərinə görə, bununla bağlı Rusiyanın “Roskaçestvo” təşkilatı məlumat yayıb.

Bundan başqa, məhsulların yalnız qablaşdırması deyil, həm də üzərinə qoyulduqları mətbəx səthlərini yumaq məsləhət görülüb.

“Məhsulları üzərinə qoyduğunuz səthlər silinməlidir. Virusun masaya və ya mətbəx mebelinin üstünə düşmə şansı minimaldır, amma onu da nəzərə almaq yaxşı olar”.

Vətəndaşlara mümkün qədər ərzaq mağazalarına getməmək, məhsulları, yaxud yeməyi evə sifariş etmək tövsiyə edilib. Mağazaya gedildiyi təqdirdə isə digər alıcılarla məsafəni qorumaq, mümkünsə, maska taxmaq, səbəti və ya arabanı tutduqdan sonra əli üzə vurmamaq tövsiyə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər